BAKI, 7 noyabr — Sputnik. 2019-cu ilin 10 ayında 116 min 263 nəfər nikaha qədər müayinələrdən keçib. Bu barədə B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutundan Sputnik Azərbaycan-a məlumat verilib.
Məlumata görə, onların 3018-də talassemiya daşıyıcılığı, 251-də sifilis, 126-da HİV1/2 (QİÇS) aşkarlanıb. Hər ikisində daşıyıcılıq aşkarlanan cütlüklərin sayı 39 olub.
Qeyd edək ki, 2015-ci ildən bu günədək ümumilikdə 616 min 76 şəxs bu müayinələrdən keçib. Ümumilikdə isə onların 21 min 253-də talassemiya daşıyıcılığı, 1979-da sifilis, 581-də HİV1/2 (QİÇS) aşkarlanıb. Bu günədək hər ikisində daşıyıcılıq aşkarlanan cütlüklərin sayı isə 228 olub.