CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metropolitenində Tanqo sürprizi

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master-klasslar da təşkil edəcəklər
Sputnik

BAKI, 7 noyabr — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin stansiyalarında sosialyönümlü tədbirlərin keçirilməsi artıq ənənəvi hala çevrilib.

Metro ilə Mübadilə Mərkəzi arasında örtüklü yol çəkiləcək

Metropolitendən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 noyabr 2019-cu il tarixində, saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində “İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq. Qeyd edək ki, bu şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə III Bakı Tanqo Festivalı çərçivəsində təşkil olunacaq.

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master-klasslar da təşkil edəcəklər.

Tanqo həvəskarı olan şəhərimizin sakinləri və qonaqları “İçərişəhər” stansiyasına dəvətlidirlər.