SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bələdiyyə seçkilərində çap olunacaq bülletenlərin sayı açıqlanıb

Seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiq olunub və seçki bülletenlərinin sayı 5 020 287 müəyyənləşib
Sputnik

BAKI, 7 noyabr — Sputnik. Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı təsdiqlənib.

Eyni zamanda, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiq olunub və seçki bülletenlərinin sayı 5 020 287 müəyyənləşib.

Həmçinin seçkilərdə iştirak etmək üçün Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.