BAKI, 7 noyabr — Sputnik. Bakıda külli miqdarda pul oğurlamış şəxslər tutulub.
Sputnik Azərbaycan xəbər verir ki Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən şəxslər müəyyənləşdirilib. Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılaraq istintaqa təqdim olunublar.
Araşdırmalar davam etdirilir.