RUSİYA

Rusiya və Misir hava hücumundan müdafiə sistemlərinin gücünü nümayiş etdiriblər - VİDEO

Kadrlardan pilotsuz hava hədəflərinin buraxılmasını, eləcə də Rusiya və Misirin hava hücumundan müdafiə qüvvələrinin birgə fəaliyyətini görmək olar
Sputnik

BAKI, 7 noyabr — Sputnik. Rusiya və Misirin hava hücumundan müdafiə qüvvələri Qahirə yaxınlığında baş tutmuş birgə təlimlər çərçivəsində döyüş atışları həyat keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, döyüş atışlarının videogörüntülərini "Zvezda" telekanalı yayıb.

Kadrlardan pilotsuz hava hədəflərinin buraxılmasını, eləcə də Rusiya və Misirin hava hücumundan müdafiə qüvvələrinin birgə fəaliyyətini görmək olar.

Döyüş atışları "Buk-M2E" və "Tor-M2E" zenit-raket komplekslərindən, eləcə də "İqla-S" daşınan və "Şilka-M4" özüyeriyən zenit qurğularından aparılıb.

Təlimlər oktyabrın 26-dan noyabrın 7-dək Qahirə yaxınlığındakı taktiki mərkəzin ərazisində keçirilib.