HADİSƏ

Qubada dəhşətli hadisə: Doqquz aylıq hamilə qadın intihar etdi

Kənd sakinləri bildirilər ki, qadın bundan əvvəl də dərman içərək intihar etməyə cəhd edib. Bu səbəbdən də rayon xəstəxanasında müalicə alıb
Sputnik

Leyla Abdullayeva, Sputnik  Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Quba rayonunda 9 aylıq hamilə qadın intihar edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qubanın Birinci Nügədi kəndində yaşayan 1996-cı il təvəllüdlü Əfsanə Eldar qızı Ağayeva özünü yaşadığı evin həyətindən asıb.

Bakıda ağır xəstə kişi həyatına son qoydu – Dəhşətli intihar

İlkin məlumata görə, gənc qadının intihar etməsinə səbəb ailə daxilində baş verən münaqişə olub. O, noyabrın 5-i axşam saatlarında ailədaxili münaqişədən sonra yaşadığı evin arxasına keçərək özünü asıb.

Ə.Ağayevə 9 aylıq hamilə olub.

Kənd sakinləri bildirilər ki, o, bundan əvvəl də dərman içərək intihar etməyə cəhd edib. Bu səbəbdən də rayon xəstəxanasında müalicə alıb.

23 yaşlı Əfsanə Ağayeva 2015-ci ildə Qubanın Yalavac kəndindən Birinci Nügədi kəndinə gəlin köçüb. Qadın Akif Ağayevla ailə həyatı qurub.

Hadisə yerində Quba rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları işləyir. Quba rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.