Moskvalı gözəl krala dov gəldi

Voyevodina V Məhəmmədin uşağının atası olduğunu sübut etmək üçün DNT analizi verməyə hazırdır. Əgər keçmiş monarx məhkəməyə gəlməsə, o, avtomatik olaraq uşağın atası hesab ediləcək
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Malayziyanın keçmiş kralı V Məhəmməd həyat yoldaşı Oksana Voyevodinanın dünyaya gətirdiyi körpəni öz uşağı kimi tanımaqdan imtina edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, valideynlər 6 aylıq İsmayıl Leonun atasının kimliyinə qərar verə bilməyiblər.

İlon Mask Britaniya kraliçasını ələ saldı

Bildirilir ki, bir müddət əvvəl rusiyalı qadın sosial şəbəkədə uşağın fotosunu və videosunu paylaşıb. Buna baxmayaraq keçmiş monarx uşağın hər-hansı bir asiyalıdan dünyaya gələ biləcəyini istisna etmir.

Voyevodina V Məhəmmədin uşağının atası olduğunu sübut etmək üçün DNT analizi verməyə hazırdır. Əgər keçmiş monarx məhkəməyə gəlməsə, o, avtomatik olaraq uşağın atası hesab ediləcək.

Xatırladaq ki, "Miss Moskva" ilə Malayziya kralı V Məhəmməd keçən ilin noyabr ayında ailə həyatı qurmuşdular. Onların toyu təntənəli şəkildə Barvixada keçirilmişdi. Voyevodina İslam dinini qəbul etmiş və adını dəyişdirmişdi. Bu ilin qışında isə kral taxtdan imtina edərək, sadəcə olaraq Kelantan sultanı adını saxlamışdı. May ayında cütlüyün oğlu dünyaya gəlmişdi. İyun ayında isə cütlüyün ayrıldığı barədə məlumatlar yayılmışdı.

Voyevodina sultandan Moskvada 1,2 milyon funt-sterlinq (2 milyon 630 min manat), Londonda isə 8 milyon funt-sterlinq (3 milyon 700 min manat) dəyərində ev və uşağı saxlamaq üçün ayda 24 min funt-sterlinq (10000) tələb etmişdi.