Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürak toplantıda iştirak etmək üçün Azərbaycana gəlib.
Hərbi ekspert Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasında hərbi şuralar daim əməkdaşlıq edir: “Bu görüşlər müəyyən planlar çərçivəsində baş tutur və periodik olaraq təşkil olunur. Bu görüşlər dünyada və eləcə də bizim regionumuzda gedən proseslərin təhlili baxımından əhəmiyyətlidir. Türkiyə bizim regionumuzda gedən proseslərdə əsas oyunçulardan biridir. Sözsüz ki, bu baxımdan Türkiyə ilə əməkdaşlıq Azərbaycan üçün əhəmiyyətlidir”.
Qeyd edək ki, hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.
Hərbi ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz