Tacikistanda silahlı qarşıdurma – 17 nəfər öldü

Silahlı qarşıdurmada 15 nəfər yaraqlı məhv edilib, 5 nəfər isə saxlanılıb. Hadisə zamanı sərhəd xidmətinin bir əsgəri və bir polis əməkdaşı həyatını itirib
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Tacikistanın Özbəkistanla sərhədində  silahlı toqquşma zamanı 15 yaraqlı məhv edilib.

Eks-prezidentin iqamətgahına hücum: atışma, yanğın, təslim - Video

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, silahlı insident Özbəkistanla sərhəddə yerləşən sərhəd zastavasında çərşənbə günü qeydə alınıb. Rəsmi məlumata görə, 20 yaraqlı paytaxt Düşənbədən 60 kilometr aralıda yerləşən "İşkobod" zastavasına hücum edib. Hücum zamanı onlar 5 avtomat ələ keçirə biliblər.

Sərhədçilərin keçirdikləri əməliyyat nəticəsində 15 yaraqlı məhv edilib, 5 nəfər isə saxlanılıb. Məlumatda həmçinin bildirilir ki, hadisə zamanı sərhəd xidmətinin bir əsgəri və bir polis əməkdaşı həyatını itirib. Qarşıdurmanın baş verdiyi yerdə istintaq qrupu fəaliyyətə başlayıb, təhqiqat aparılır.

Qeyd edək ki, bu, sərhəddə baş vermiş ilk belə hadisə deyil. Tacikistanda ümumilikdə tez-tez sərhəddə toqquşmalar qeydə alınır.