BAKI, 5 noyabr — Sputnik. Moskvada keçirilən alt paltarları həftəsinin səkkizinci mövsümü parlaq nümayişlər və podiumda dəfilə sərgiləyən cazibədar modellərlə yadda qalıb.
"Lingerie Fashion Week"-dən çəkilmiş qan qaynadan fotolardan seçmələrə Sputnik Azərbaycan-ın fotolentində baxın.
Noyabrın 2-dən 4-dək Moskvada alt paltarları, üzgüçülük geyimləri, ev paltarları, corablar və aksessuarlar həftəsi keçirilib. Gözəl paltarların minlərlə bilicisini bir araya gətirən parlaq tədbir sosial cəhətdən vacib mövzuya - süd vəzi xərçəngi xəstəliklərinin profilaktikasına həsr olunub.
2000 kvadratmetrlik bir ərazidə ziyarətçilərə doqquz moda dəfiləsi, həmçinin 150 alt paltarı istehsalçısının 5000 fərqli modelindən ibarət nümayiş təqdim edilib.
"Lingerie Fashion Week" çərçivəsində alt paltarlarının düzgün seçilməsi və pozalarla bağlı seminarlar, həmçinin müsabiqələr və uduşlar təşkil edilib.