CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ulduz modeli Elgizin verilişində pul istədi - VİDEO

"Bu insanlar hər şeylərini satıblar. Uşağın atası da ağır xəstədir. Atasının arzusu övladının yeridiyini görməkdir"
Sputnik

BAKI, 5 noyabr — Sputnik. "Best model of Azerbaijan" və "Best model of the World" müsabiqələrinin qalibi, model Rüstəm Cəbrayılov ARB TV-nin "Elgizlə izlə" verilişində iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi dostunun iflic övladı üçün canlı yayımda yardım istəyib: "Burada iştirak etmə məqsədim tanınmış insan kimi müraciət etməkdir. Dostumuzun övladı iflicdir, 4 yaşı var. 5 yaşına qədər əməliyyat olunmalıdır. Məbləğin bir hissəsinə biz dəstək olub, toplamışıq. 17 min manata ehtiyac var. Buradan dostlara, məşhurlara, xeyriyyəçi insanlara müraciət edirəm. Bu insanlar hər şeylərini satıblar. Uşağın atası da ağır xəstədir. Atasının arzusu övladının yeridiyini görməkdir".

Qeyd edək ki, Rüstəm Cəbrayılov 2006-cı ilin noyabr ayında Azərbaycanın Xalq artisti Aygün Kazımovanın rəhbərliyi altında "The Best Model Of Azerbaijan 2006" milli model müsabiqəsinə qoşulub və bu yarışın qalibi olub. 2007-ci ilin noyabrında milli model müsabiqəsi olan "Best Model of Azerbaijan"ın prezidenti Nahid Kabakçı və azərbaycanlı modelyer Fəxriyyə Xələfovanın rəhbərliyi altında "The Best Model Of Azerbaijan 2007" yarışında uğurla çıxış edərək yüksək pilləyə qalxıb, elə həmin ildə Azərbaycan dövləti adından Türkiyəyə nüfuzlu beynəlxalq model müsabiqəsi olan "Best Model of the World 2007" yarışına vəsiqə qazanıb. O, 90 ölkədən olan iştirakçılar arasında birincilik tituluna sahib olub.