BAKI, 5 noyabr — Sputnik. Noyabrın 12-də Bakıda IV "Visla" Polşa filmləri festivalı başlayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, festivalda son illərdə yalnız Polşada yox, həm də xarici ölkələrdə sevilən filmlər nümayiş olunacaq. Bu barədə Polşanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Festival çərçivəsində son illərdə lentə alınmış "Kamerdiner", "Bağışlama", "Eskadrilya 303. Həqiqi tarix", "Yuliuş", "İtlə pişik kimi", "Soyuq müharibə" filmləri nümayiş etdiriləcək.
Qeyd edək ki, nəzərdə tutulan IV "Visla" Polşa filmləri festivalı noyabrın 17-dək davam edəcək. Filmlər ingilis və rus dilində subtitrlərlə təqdim olunacaq. Festivala giriş ödənişsizdir.