CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəfə yanğını polis söndürdü

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılırHadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır
Sputnik

BAKI, 5 noyabr — Sputnik. Noyabrın 2-də axşam saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Amsar kənd ərazisində yerləşən, Oktay Hümmətova məxsus fermada yanğın baş verməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə gediblər. Yanğın hadisəsinə Quba Rayon Polis Şöbəsinin və FHN-in əməkdaşları operativ şəkildə reaksiya verərək, alovların miqyasının artmaması üçün zəruri bütün tədbirləri həyata keçiriblər və nəticədə yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Hadisə zamanı sahibkara məxsus, ümumi sahəsi 240 m2 olan saxlanc yerində saxlanılan 30 ton ot bağlamasının 10 tonu yanaraq məhv olub. 20 ton ot bağlaması isə RPŞ-nin və FHN-in əməkdaşları tərəfindən mühafizə olunaraq başqa əraziyə daşınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.