“Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr ciddi yüksəlişdədir. Bütün rəqəmlər bunu göstərir”. Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı iqtisadi münasibətlər müsbət dinamikaya malikdir:
“Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır. Bu iqtisadi əlaqələrin potensialı hazırkı vəziyyətindən dəfələrcə yüksəkdir. Bunun üçün hökumətlərin iqtisadi bloklarının fəaliyyəti gücləndirilməlidir. Düşünürəm ki, yaxın 5 il müddətinə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir”.
Xatırladaq ki, 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi 2,55 milyard dollardan çox olub.
Professorun geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.