CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə model "iPhone"ların internetə çıxışı bağlana bilər

Bir müddət öncə qlobal mövqetəyinetmə peyklərinin həftə hesablayıcıları sıfırlaşdırılıb. Korporasiya izah edib ki, buna görə sözügedən cihazlarda quraşdırılmış "GPS" modullar düzgün işləməyə bilər
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Amerikanın "Apple" şirkəti köhnə model "iPhone" və "iPad" istifadəçilərinə xəbərdarlıq edib. Sputnik Azərbaycan texnologiya nəhənginin rəsmi saytına istinadən xəbər verir ki, istifadəçilər 2012-ci ilə qədər istehsal olunmuş cihazlara ən yeni proqram təminatını yükləməsələr, bu cihazların mövqetəyinetmə, saat və tarix sistemlərində problemlər yaşana bilər.

Ən yaxşı smartfonların reytinqi: "iPhone" birinci deyil

Problemin Qlobal Mövqetəyinetmə Sistemində (GPS) vaxtın dəyişdirilməsi ilə bağlı olduğu bildirilir. Qeyd edək ki, bir müddət öncə qlobal mövqetəyinetmə peyklərinin həftə hesablayıcıları sıfırlaşdırılıb. Korporasiya izah edib ki, buna görə sözügedən cihazlarda quraşdırılmış "GPS" modullar düzgün işləməyə bilər.

"Apple" bildirib ki, xüsusilə proqram təminatı yenilənməmiş "iPhone 5" smartfonlarında "App Store", "iCloud", elektron poçt və internet brauzer işləməyə bilər. Bu isə o deməkdir ki, sözügedən cihazların internetə çıxışı faktiki olaraq bağlanacaq, çünki bu xidmətlərin hamısı tarix və saat sistemlərindən asılıdır.