CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökməli sakinini avtobus öldürdü

Qəsəbə sakini olan qadın Hökməlidə yolu keçərkən Sumqayıt sakininə məxsus "İsuzu" markalı xətt avtobusu ilə vurulub
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, noyabrın 3-də saat 12 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Yalçın Məlikov idarə etdiyi "İsuzu" markalı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Gülcahan Məmmədovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.