HADİSƏ

Gürcüstanda azərbaycanlılara aid qəbirlər dağıdıldı - FOTO

Seyid Qənbər Əsgərovun yaxınları və Daştəpə sakinləri qəbirlərin qəsdən dağıdıldığını iddia edirlər.
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Daştəpə kənd qəbiristanlığında vandalizm aktı törədilib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, qəbiristanlıqda Seyid Qəmbər Əsgərovun türbədəki qəbri dağıdılıb.

Onun ailəsinin beş üzvünün qəbirlərinin baş daşları da uçurularaq yararsız hala salınıb. Seyid Qənbər Əsgərovun yaxınları və Daştəpə sakinləri qəbirlərin qəsdən dağıdıldığını iddia edirlər. Hadisə yerinə polis çağırılıb. Faktla bağlı araşdırma aparılır.