CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir istiqamətdə problemlər çözülür – Yeni marşrutlar açılacaq

Saray-Avtovağzal, Novxanı-Avtovağzal istiqamətində də sərnişin daşıyan avtobuslarla bağlı təhlillər aparılıb
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. "Bakı-Sumqayıt yolunda günün pik saatlarındakı məlum tıxacla bağlı cənab prezident İlham Əliyevin tapşırıqlarının icrasına başlanıb”. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Bakıda iki avtobus toqquşdu: Yaralılar var

O, bildirib ki, Bakı-Sumqayıt istiqamətində görüləcək işlərdən biri, həmin marşrutlar üzrə avtobus parkının yenilənməsidir. N. Allahyarovanın sözlərinə görə, artıq həmin istiqamətdə monitorinqlərə başlanılıb: "Bu monitorinqlərin nəticəsi olaraq 525 saylı marşrut xəttinə 20 yeni avtobusun salınması nəzərdə tutulub. Həmin avtobuslar iritutumlu avtobuslardır. Eyni zamanda Saray-Avtovağzal, Novxanı-Avtovağzal istiqamətində də sərnişin daşıyan avtobuslarla bağlı təhlillər aparılıb. Növbəti ilin yanvar ayından həmin istiqamətlərə də yeni marşrutlar açılacaq".

Qurumun sözçüsü qeyd edib ki, monitorinqlər davam edəcək: "Marşrut xətlərinin artırılması ilə bağlı DANX tərəfindən mühüm işlər görüləcək. Kompleks tədbirlərlə verilən tapşırığın həllinə daha tez nail olacağımızı düşünürəm".