CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Gəncə-Bakı sürət qatarının hərəkət cədvəli dəyişdirilir

Gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları" QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Qış mövsümünə keçidlə əlaqədar Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.

O bildirib ki, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları" QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib. Noyabrın 12-dən etibarən 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı yeni cədvələ uyğun hərəkət edəcək.

Qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.

Hərəkət cədvəli ilə bu linkdən tanış ola bilərsiniz.