CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zəlzələ oldu

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerin 17 km dərinliyində 3 bal gücündə qeydə alınıb
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Noyabrın 4-də yerli vaxtla saat 03:29-da Lerik stansiyasından 20 km şimal-şərqdə, Lerik ərazisində zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd olunub ki, zəlzələ yerin 17 km dərinliyində 3 bal gücündə qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.