Avropa Birliyinin ən təhlükəli ölkəsi tapıldı

Ən sakit şərait Slovakiya və Macarıstandadır. Orada hər yüz min nəfərə cəmi 9 qanun pozuntusu qeydə alınıb
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Avropa Şurası ölkələri arasında ən təhlükəli ölkə müəyyən edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məlumat Avropa Birliyinin Statistika Komitəsinin saytında yerləşdirilib. Burada müxtəlif ölkələrdə baş verən qanun pozuntularının sayı yer alıb.

Amerika Avropa İttifaqına qarşı – Gömrük rüsumları tətbiq olunur

Müəyyən edilib ki, Avropada 2011-2017-ci illərdə oğurluq hadisələrinin sayı 522 mindən 396 minə qədər düşüb. Hücumların sayı isə artaraq 2017-ci ildə 1,1 milyona çatıb.

Cinayət siyahısında ilk yerdə Belçika qərarlaşıb. 2017-ci ildə burada hər yüz min nəfərə 167 qanun pozuntusu qeydə alınıb. İkinci yerə Fransa, üçüncü yerə isə İspaniya qərar tutub.

Ən sakit şərait isə Slovakiya və Macarıstandadır. Orada hər yüz min nəfərə cəmi 9 qanun pozuntusu qeydə alınıb.

Ən çox qətl isə Latviya, Litva, Estoniya və Maltada olub.