BAKI, 4 noyabr — Sputnik. Rusiya dekabrın sonlarında Yerin orbitinə şüşədən hazırlanmış "Blits-M" sferik kosmik aparatı göndərəcək.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, kosmik aparat Yerin qravitasiya sahəsinin tədqiqi üçün istifadə olunacaq. Qeyd olunur ki, "Rokot" daşıyıcı raketi "Blits-M" kosmik aparatı ilə birlikdə orbitə üç ədəd "Qonets-M" rabitə peykini də çıxaracaq.
Raketin dekabrın 25-də Plesetsk kosmodromundan buraxılması planlaşdırılıb.
Xatırladaq ki, Rusiya 2009-cu ilin sentyabrında da "Blits" sferik şüşə peykini orbitə buraxıb. Lakin 2013-cü ilin yanvarında aparat Çinin peyk əleyhinə silahdan istifadə etməsi nəticəsində "Fengyun-1С" peykindən qopmuş qırıntılarla toqquşub.