Qırx il keçdi: Onlar hələ də barışmayıb

1979-cu il noyabrın 4-də 400-ə yaxın tələbə Tehrandakı ABŞ səfirliyini işçi heyəti ilə birlikdə ələ keçirib
Sputnik

BAKI, 4 noyabr — Sputnik. ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin binasının önündə yeni qrafitilər peyda olub. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, çəpərin üzərinə çəkilmiş qrafitilər səfirliyin 1979-cu ildə tələbələr tərəfindən ələ keçirilməsinin 40-cı ildönümü ilə bağlı nümayiş etdirilib.

İran ABŞ sanksiyalarından necə xilas ola bilər – politoloq şərhi

Xatırladaq ki, 1979-cu il noyabrın 4-də İslam inqilabının lideri İman Xomeyninin davamçıları kimi tanınan və özünü "Müsəlman tələbələrinin hərəkatı" adlandıran 400-ə yaxın tələbə Tehrandakı ABŞ səfirliyini işçi heyəti ilə birlikdə ələ keçirib.

Səfirliyin ələ keçirilməsinə cavab olaraq həmin vaxt ABŞ prezidenti olmuş Cimmi Karter İranın Amerika banklarındakı hesablarını dondurub, enerji böhranına baxmayaraq İran neftinə embarqo qoyub, İranla diplomatik əlaqələri kəsib və Tehrana qarşı iqtisadi embarqo tətbiq edib.

Böhran 444 gün sonra öz həllini tapıb – 1981-ci ilin yanvarında amerikalı əsirlərdən 50-yə yaxını Birləşmiş Ştatlara qayıdıb.

Tərəflər imzaladıqları Əlcəzair razılaşmaları ilə bu məsələni həll edə bilsələr də diplomatik əlaqələr bu günədək bərpa olunmayıb. ABŞ-ın İrandakı maraqlarını İsveçrə təmsil edir.