HADİSƏ

Əvvəl döydü, sonra üstündən at arabası ilə keçdi – Ağdamda qətl

Həmkəndlisini döyərək öldürən şəxs 1972-ci il təvəllüdlü Nəsibov Umud Qulu oğludur. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Ağdamda 56 yaşlı kişi həmkəndlisilə dava zamanı ölüb.

Haqqında cinayət işi açıldı, amma yenə əməllərindən qalmadı

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində baş verib. Kənd sakini Hətəmov Əli Əsgər oğlu həmyerlisi ilə mübahisə edib. Mübahisə zamanı Ə.Hətəmov döyüldükdən sonra üstündən at arabası ilə keçilib. Ə.Hətəmovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda həyatını itirib.

Həmkəndlisini döyərək öldürən şəxs 1972-ci il təvəllüdlü Nəsibov Umud Qulu oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.