CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milyardlara insanı gözləyən təhlükə - Başınıza çarə qılın

Bütün istifadəçilərə tez bir zamanda “Chorme” brauzerini 78.0.3904.87. versiyasına kimi yeniləmək məsləhət görülür
Sputnik

BAKI, 3 noyabr – Sputnik. “Google” şirkətinin mühəndisləri gözlənilmədən “Chorme” brauzerinin yeni versiyasını təqdim ediblər. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb brauzerdə aşkar edilən ciddi nöqsan olub.

Hakerlər "WhatsApp" üzərindən telefonlara casus proqramları yerləşdirib

Nöqsanı Rusiyanın “Kasperski laboratoriyası”nın əməkdaşları Anton İvanov və Aleksey Kulayev aşkar ediblər. Problem sıfır günü ilə bağlı olub, bütün Windows, Mac и Linux əməliyyat sistemlərini əhatə edib. Artıq haker hücumuna məruz qalan bu nöqsan aradan qaldırılıb. Ekspertlər bildiriblər ki, hakerlər nöqsandan qurbanların kompüterinə əlavə virus proqram yerləşdirmək üçün istifadə ediblər.

Düzdür, nöqsanın hansısa konkret haker qrupu ilə bağlı olması ilə barədə məlumat yoxdur. Amma onlar bu nöqsandan özlərinə uyğun istifadə ediblər. WizardOpium adı verilən nöqsan “Lazarus” haker qrupunun hücumuna oxşasa da, idientik olmayıb.

Virus Koreya dilində xəbər portalının əsas səhifəsinə yerləşdirilib və oradan bütün dünyaya yayılırmış.

Bütün istifadəçilərə tez bir zamanda “Chorme” brauzerini 78.0.3904.87. versiyasına kimi yeniləmək məsləhət görülür.