CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hazır olun: Gecə vaxtı bəzi yerlərdə su kəsiləcək

Suyun kəsilməsinə səbəb Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Gecə saatlarından "Sumqayıt stansiyası" və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələrinə, habelə ətrafdakı yaşayış massivlərinə sabah axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, buna səbəb Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.