BAKI, 3 noyabr – Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 17 m/s-dək mülayimləşib.
Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, 7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Noyabrın 04-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi 5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.