Alen Delonun tərəf müqabili: Əfsanəvi aktrisa və müğənni öldü – VİDEO

Əsl adı Maytena Mari Bricitt Dumenakl olan, amma Mari Lafore adı ilə məşhurlaşan ulduz 80 yaşının qeyd edilməsindən cəmi 1 ay sonra İsveçrədə vəfat edib
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Fransız akrisa və müğənni Mari Lafore 81 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Point” nəşri onun ailəsinə istinadla məlumat yayıb.

Müğənni 80 yaşının qeyd edilməsindən cəmi 1 ay sonra İsveçrədə vəfat edib.

Əsl adı Maytena Mari Bricitt Dumenakl olan, amma Mari Lafore adı ilə məşhurlaşan ulduz 1939-cu ildə Fransada doğulub. Onun karyerası təsadüfən başlayıb. 19 yaşında radioda xəstələnmiş bacısını əvəz edən zaman mahnı müsabiqəsində qalib gəlib. Artıq bir neçə ildən sonra böyük uğur qazanıb.

1960-cı ildə Alen Delonla bir yerdə “Qızmar günəşdə” filmində çəkilib. Bu rol ona populyarlıq və 60-cı illərdə xeyli rol gətirib.

1963-cü ildə oxuduğu “Les vendanges de l amour” mahnısı isə onu müğənni kimi populyarlaşdırıb. Onun ən məşhur mahnıları arasında “Mon amour, mon ami”, “Viens, viens”, “Ivan, Boris et moi”, “Manchester et Liverpool”un adlarını çəkmək olar.