SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Başlandı: Seçki sənədlərinizi təqdim edə bilərsiniz

Hazırda Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Bu gündən Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.

Azərbaycanda yeni seçki məntəqələri yaradılır

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir.

Sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.

Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində dairə seçki komissiyaları imza vərəqələri və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edir.

Bundan əlavə, hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması müddəti noyabrın 3-də sona çatır.

İstanbulun üç rayonunda seçki saxtakarlığı iddiası ilə 32 ayrı istintaq başlayıb>>

Qeyd edək ki, hazırda Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb.

Bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Müraciət edən namizədlərdən 2896-ı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə baxılır.