CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Payız sınağından güc-bəla ilə çıxdıq - Bakı yolları qışa hazırdır?

AAYDA rəsmisi deyir ki, qış mövsümündə küçə və prospektlərinə, həmçinin respublika yollarına xidmət məqsədilə yol texnikası, maşın və mexanizmlər saz vəziyyətə gətirilib
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. 2019-2020-ci illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə AAYDA tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq işlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məklumat verib.

Yol qəzalarında ölümlər azalacaq - üç nazirlik fəaliyyətə keçdi

O, qeyd edib ki, sözügedən işlər çərçivəsində qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib.

"Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə, həmçinin respublika yollarına xidmət məqsədilə yol texnikası, maşın və mexanizmlər saz vəziyyətə gətirilib. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı toplanıb. Bundan başqa mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də davam etdirilir. Bunun üçün texniki duzun alınması ilə bağlı müqavilə də imzalanıb"- Nəcəfli bildirib.

Onun sözlərinə görə , payız-qış mövsümünə hazırlıq və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə AAYDA tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi,suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.