HADİSƏ

Yollarda süpürgəçilərə qarşı “ölüm müharibəsi” bir nəfəri də apardı

Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı keçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub
Sputnik

BAKI, 3 noyabr – Sputnik. Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

Əsl qətliamdır: Yenə qəza, yenə çoxlu sayda ölüm

Sputnik Azərbaycan Reporta istinadla xəbər verir ki, , hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı keçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.