HADİSƏ

“Jiquli” yol kənarına aşdı, bir ailə xəstəxanalıq oldu

Sürücü idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarına aşırıb
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Kürdəmir rayonunda daha bir yol qəzası baş verib. Sputnik Azərbaycan-ın Report-a istinadla xəbərinə görə, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Əsl qətliamdır: Yenə qəza, yenə çoxlu sayda ölüm

Belə ki, sürücü 1984-cü il təvəllüdlü Mehdiyev Zahir Zakir oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarına aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1993-cü il təvəllüdlü Mehdiyeva Suranə Oruc qızı, 1965-ci il təvəllüdlü Mehdiyeva Surayə Şıxəli qızı və 2015-ci il təvəllüdlü Mehdiyev Samir Zahir oğlu müxtəlif növ bədən xəsarəti ilə rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.