BAKI, 2 noyabr — Sputnik. İtaliya hökuməti İranın "Mahan Air" aviaşirkətinə ölkənin hava limanlarına enmə icazəsini ləğv edib.
Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadla xəbər verir ki, İtaliya hökuməti ABŞ-ın təzyiqi nəticəsində "Mahan Air" aviaşirkətinə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Qeyd edək ki, İranın "Mahan Air" aviaşirkəti ABŞ-ın sanksiya siyahısında yer alıb. Aviaşirkət Suriyaya əsgər və sursat daşımaqda ittiham edilir.
Bundan əvvəl Almaniya və Fransa hökuməti də İranın bu aviaşirkətinə qadağa qoyub.