BAKI, 2 noyabr — Sputnik. Noyabrın 1- də Salyan şəhərində qətl hadisəsi baş verib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Salyan şəhər sakini N.Hüseynov evində ailə münaqişəsi zəminində arvadı İ.Hüseynovanı bıçaqla qətlə yetirib. Bundan sonra o həmyerlisi Z.Sadıqova və özünə xəsarət yetirib. Z.Sadıqov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Hüseynov saxlanılıb.
Salyan rayon Prokurorluğunda araşdırma aparılır.