CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda yanacaqdoldurma məntəqəsi yanır

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən yanacaqdoldurma məntəqəsində yanğın baş verib, yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb edilib.
Sputnik

BAKI, 2 noyabr - Sputnik. Sumqayıt şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda, İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hazırda hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür.