Türkiyədə avtobus qəzaya uğradı - 30 yaralı

Ankaranın Çankaya bələdiyyəsinə məxsus xidməti avtobus yoldan çıxaraq aşıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Türkiyədə 30 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yaralananların 26-sı qadın, 4-ü uşaqdır.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası paytaxt Ankarada qeydə alınıb.

Ankaranın Çankaya bələdiyyəsinə məxsus xidməti avtobus yoldan çıxaraq aşıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.


Ankara'da servis aracı devrildi! 30 kişi yaralandı...

Qeyd olunur ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.