Tramp haqda gözlənilməz rəy - Amerika tarixində ən yaxşı prezidentdir

"Bizə neft lazımdır", "Pul qarşılığında xidmətlər göstərmək istəyirik". ABŞ-ın siyasəti belədir. Dürüst düşməndən yaxşı nə ola bilər?"
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ştatlardan olan həmkarı Donald Trampı bu ölkənin tarixində ən yaxşı prezident adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Əsəd dövlət telekanallarına müsahibəsində bildirib.

"O, yaxşı siyasət yürütdüyü üçün ən yaxşı prezident deyil. O, ən dürüst prezidentdir. O, açıq danışır: "Bizə neft lazımdır", "Biz bunu istəmirik", "Pul qarşılığında xidmətlər göstərmək istəyirik". ABŞ-ın siyasəti belədir. Dürüst düşməndən yaxşı nə ola bilər?" - deyə Əsəd vurğulayıb.

O qeyd edib ki, ümumilikdə Birləşmiş Ştatların prezidentləri cinayətkarlardır: "Onlar yalnız lobbinin maraqlarını həyata keçirməklə bəzən Nobel Sülh mükafatı da alırlar".