CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belə çıxır ki, səhv yaşamışıq: Sinoptiklər dörd yox, altı fəsildən danışdılar

Roman Vilfand iddia edir ki, oktyabrdan dekabrın ortasına kimi qışqabağı, martın ortasından mayın ortasına qədər yayqabağı fəsil var
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Əsl qış Rusiyaya hələ gec gələcək. 

Fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlandı

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hidrometeoloji Mərkəzin elmi rəhbəri Roman Vilfand bildirib.

"Hidrometeoroloq ili qışqabağı da daxil olmaqla, 6 fəsilə ayırır. Qışqabağı – payız və qış arasında olan dövrdür. Oktyabr ayının ortasından 12-20 dekabra qədər davam edir. Əsl qış yalnız bu tarixdən sonra gələcək", - deyə meteoroloq bildirib.

Vilfand qeyd edib ki, əsl şaxtalar üçün hələ tezdir. Rusiyanın regionlarında temperatur mənfi dərəcəyə yalnız noyabrın sonunda düşəcək.

Bu arada sinoptiklər martın ortasından mayın ortasına qədər davam edən dövrü yayqabağı fəsil adlandırırlar.