BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına rəhbər təyin olunub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama görə, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilir.
Xatırladaq ki, Samir Nuriyev bundan əvvəl Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifələrində çalışıb.