CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küləklə bağlı xəbərdarlıq gəldi

Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləklə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

Fasilələrlə yağış yağacaq.