BAKI, 1 noyabr — Sputnik. İsrailin Azərbaycandakı səfirliyi öz fəaliyyətini bərpa edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilir.
"İsrailin Bakıdakı səfirliyi, bütün dünyada olan diplomatik missiyalar kimi, öz işini davam etdirir. XİN işçiləri və İsrailin Maliyyə Nazirliyi arasında danışıqlar davam etdiriləcək", - deyə Səfirliyin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl İsrailin bütün dünyadakı səfirlikləri tətillə bağlı öz fəaliyyətlərini müvəqqəti olaraq dayandırmışdı.