İranlı siyasətçidən İŞİD-lə bağlı xəbərdarlıq - Yerini dəyişir

"Görünür İraqda və Suriyada iflic vəziyyətinə düşmüş İŞİD qruplaşması öz qüvvələrini Əfqanıstana keçirmək istəyir"
Sputnik

BAKI, 1 noyabr — Sputnik. İŞİD terror təşkilatı Suriyada və İraqda iflic vəziyyətinə düşüb və öz döyüşçülərini Əfqanıstan ərazisinə keçirmək istəyir. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu İranın Vitse-prezidenti Eshaq Cahangiri deyib.

Ərdoğan İŞİD liderinin öldürülməsini qiymətləndirib

"Görünür İraqda və Suriyada iflic vəziyyətinə düşmüş İŞİD qruplaşması öz qüvvələrini Əfqanıstana keçirmək istəyir", - iranlı siyasətçi Əfqanıstanın icra hakimiyyətinin rəhbəri Abdulla Abdulla ilə görüşdə deyib.

Cahangirinin sözlərinə görə, İŞİD fəaliyyətini Əfqanıstanın şərq hissəsində genişləndirmək niyyətindədir və buna mane olmaq lazımdır.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İŞİD qruplaşmasının başçısı Əbu Bəkr Əl Bağdadinin məhv edildiyini bəyan edib. Trampın sözlərinə görə, amerikalı hərbçilərin keçirdiyi əməliyyat zamanı terrorçu özünü partladıb, lakin onun Əl Bağdadi olduğunu "tez və dəqiq müəyyənləşdirmək" mümkün olub.