Bu azərbaycanlının sərvəti doqquz ayda 4,3 milyard dollar artdı

"Bloomberg" nəşrinin hazırladığı hesabat milyarderlərin paylarına sahib olduqları şirkətlərin səhmlərinin qiyməti hesabına formalaşır. Dünyanın 500 ən varlı insanı siyahısında 23 rusiyalı var.
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında zəngin rusiyalıların ümumi sərvəti 37,12 milyard dollar artıb. Bu barədə Sputnik Azərbaycan "Bloomberg" nəşrinin hesabatına istinadən xəbər verir.

Reytinqdə ilk pilləni "Nornikelya" şirkətinin təsisçilərindən biri Vladimir Potanin tutub. Onun sərvəti ilin əvvəlindən 6,72 milyard dollar artaraq 26,3 milyard dollara çatıb.

İkinci yeri "Novatek" şirkətinin rəhbəri Leonid Mixelson tutub. Onun sərvəti 9 ayda 4,5 milyard dollar artaraq 23,9 milyard dollara çatıb.

Bu azərbaycanlının sərvəti doqquz ayda 4,3 milyard dollar artdı

"Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov isə 3-cü yerdə qərarlaşıb. Onun sərvəti ilin əvvəlindən 4,33 milyard dollar artaraq 20,4 milyard dollara çatıb.

Qeyd edək ki, "Bloomberg" nəşrinin hazırladığı hesabat milyarderlərin paylarına sahib olduqları şirkətlərin səhmlərinin qiyməti hesabına formalaşır. Dünyanın 500 ən varlı insanı siyahısında 23 rusiyalı var.