CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlik yollarda təmir işləri aparan qurumları tənqid etdi

"Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amortizasiya xərclərinin artmasına gətirib çıxarır"
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Paytaxtın bir neçə küçəsində yolun hərəkət hissəsində aparılan təmir işləri müntəzəm marşrut xətt avtobuslarının hərəkətinə maneə yaradır.

Yağışlı hava işıqforların işində problem yaratdı

"Yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılmaması sonda məhz bu cür çətinliklərə səbəb olur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlər çəkirlər: "Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amortizasiya xərclərinin artmasına gətirib çıxarır. Şəhər mərkəzindən "20-ci sahə" adlanan əraziyə gedən yolda olduğu kimi yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də "BakuBus" MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var".