Türkiyə yeni silahını təhvil aldı

Bir müddət öncə Türkiyənin Müdafiə naziri Hülusi Akar qeyd edib ki, Rusiya istehsalı olan "S-400" kompleksləri gələn ilin yazına qədər istismar üçün hazır vəziyyətə gətiriləcək
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Rusiya "S-400" sistemlərinin bütün komponentlərinin Türkiyəyə tədarükünü təyin olunmuş vaxtdan əvvəl tamamlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın "Rosoboroneksport" dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev deyib.

Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər

Bir müddət öncə Türkiyənin Müdafiə naziri Hülusi Akar qeyd edib ki, Rusiya istehsalı olan "S-400" kompleksləri gələn ilin yazına qədər istismar üçün hazır vəziyyətə gətiriləcək.

"S-400" komplekslərinin Türkiyəyə tədarükü iyulun ortalarında başlayıb. Bu isə öz növbəsində Ankara və Vaşinqton arasındakı münasibətlərdə gərginliyə səbəb olub.

Türkiyə və Rusiya "S-400 Triumf" sistemlərinin tədarükünə dair sazişi 2017-ci ilin aprelində imzalayıblar. Bu saziş Rusiyanın NATO ölkələri ilə imzaladığı ən böyük ixrac müqaviləsi olub.

Sənədə əsasən, Rusiya Türkiyəyə 2,5 milyard dollar dəyərində dörd "S-400" divizionunu təhvil verib.