SƏHİYYƏ

Sonsuz ailələrə bəd xəbər – Başqa donordan istifadə qadağan olunur

Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində nəzərdə tutulub ki, qadın ancaq nikahda olduğu həyat yoldaşından ekstrakorparal mayalanma etdirə bilər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycanda sonsuz ailələr ekstrakorparal mayalanma zamanı yad donordan istifadə edə bilməyəcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

Hacıqabulda sonsuzluq səbəbindən dəhşətli faciə yaşanıb

O, bildirib ki, əvvəllər "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində başqa donorun spermasından istifadə, donor bankının yaradılması nəzərdə tutulubmuş. Amma dindarların tövsiyəsindən sonra bu məsələ qanun layihəsindən tamamilə yığışdırılıb: "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində nəzərdə tutulub ki, qadın ancaq nikahda olduğu həyat yoldaşından ekstrakorparal mayalanma etdirə bilər. Hətta ailədə sonsuzluğa səbəb kişinin sağlamlığında olan problemlə bağlı olsa belə, başqa şəxsin donor kimi istifadəsi mümkün olmayacaq. Yeni qəbul edəcəyimiz qanun nikahda olmayan şəxslərdən donor kimi istifadəni qadağan edir".

Deputat deyir ki, hətta ailədə uzun illər sonsuzluq müşahidə edilsə də, kənar şəxslərdən donor kimi istifadə mümkünsüz olacaq. Ekstrakorparal mayalanma qanuna görə nikahda olanlar üçün nəzərdə tutulacaq".