“İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada öldürülməsi terrorla mübarizədə dönüş nöqtəsidir”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində yazıb.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Suriyada İŞİD liderinin öldürülməsi çox maraqlı vaxta təsadüf edir: “Bunun təsadüf olub-olmaması isə maraqlıdır. Əbubəkr əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən öldürülməsi Trampa əlavə dividentlər qazandıracaq. Hazırda Suriyada yeni vəziyyətin yaranmasının şahidi oluruq”.
Qeyd edək ki, ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz