Çavuşoğlu Səudiyyə Ərəbistanı ilə olan problemi açıqladı

Xarici İşlər naziri vurğulayıb ki, Qaşıqçı öldürüldükdən sonra Türkiyə bu cinayəti ört-basdır etməyib, bu məsələdə başqaları kimi pul alıb susmayib
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Bizim Səudiyyə Ərəbistanı ilə heç bir problemimiz yoxdur, həmçinin Əbu-Dabi rəhbərliyi ilə də bir problemimiz yoxdur, amma onların bu gün Türkiyə ilə bağlı bəzi problemlərinin olduğunu görürük. Sputnik Azərbaycan xəbər verir ki, bunu Əl-Cəzirə telekanalına müsahibəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Xarici İşlər naziri vurğulayıb ki, Qaşıqçı öldürüldükdən sonra Türkiyə bu cinayəti ört-basdır etmədiyi, bu məsələdə başqaları kimi pul alıb susmadığı üçün bunu ikitərəfli məsələyə çeviriblər: "Ancaq bizim üçün bu ikitərəfli məsələ deyildi. Bir insan vəhşicə öldürülüb və bu cinayəti törədənlər qanun qarşısında cavab verməlidirlər. Bizim inancımıza görə də bu belə deyilmi? Mədəni hüquq çərçivəsində. Bizim inancımız İslama görə onlar cavab verməlidir, amma bu günə kimi bunu görə bilmədik. Biz bu məsələdə birlikdə işləmək istədik, amma onlar istəmədilər".