HADİSƏ

Bakıda yeniyetmə qız itkin düşüb

İtkin düşmüş qızın anası Məhəbbət Məmmədova polisə bildirib ki, 2004-cü il təvəllüdlü Vəfa Məmmədova saat 16 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Bakıda 15 yaşlı qız itkin düşüb.

APA-nın məlumatına görə, oktyabrın 29-da Bakı şəhəri Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Vəfa Məmmədova saat 16 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bu barədə polis idarəsini itkin düşmüş qızın anası Məhəbbət Məmmədova məlumatlandırıb.

Faktla bağlı araşdırma aparılır.