HADİSƏ

Bakıda iki avtobus toqquşdu: Yaralılar var

Altı qadın Təcili Tibbi Yardım avtomobili, bir qadın isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Bakıda iki sərnişin avtobusu toqquşub.

Yük maşını dərəyə aşdı: yaralı var

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Yeni Ramana yolunda, Pedaqoji Kollecin yaxınlığında baş verib: "Hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. Altı qadın Təcili Tibbi Yardım avtomobili, bir qadın isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar".

Nazirlikdən qeyd edilib ki, onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir.